Azərbaycan və Albaniya iqtisadi əməkdaşlığı genişləndirməyi müzakirə edib

Azərbaycan və Albaniya iqtisadi əməkdaşlığı genişləndirməyi müzakirə edib
11.06.2024 18:06
Aa
dəq

Azərbaycan və Albaniya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, nazir Mikayıl Cabbarov Albaniyanın Baş nazirinin müavini, infrastruktur və energetika naziri xanım Belinda Balluku ilə görüş keçirib. Görüşdə ölkələrarası münasibətlərin inkişafında dövlət başçılarının sıx təmaslarının xüsusi rolu, qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. Bu ilin mart ayında Azərbaycan Hökuməti ilə Albaniya Nazirlər Şurası arasında imzalanmış iqtisadi əməkdaşlıq haqqında Saziş ticarət, investisiya, enerji, nəqliyyat, infrastruktur, ətraf mühit və digər istiqamətlər üzrə əlaqələrin inkişafına yönəlmiş növbəti addım kimi qiymətləndirilib. İkitərəfli münasibətlərin inkişafı üçün mövcud imkanların təhlil edilməsi və qiymətləndirilməsinin, biznes dairələri arasında işbirliyinin vacibliyi qeyd edilib. Həmçinin turizm sahəsində əməkdaşlığın genişləndirilməsinə maraq ifadə edilib.

Tərəflər iqtisadi sahədə birgə fəaliyyət, səmərəli enerji tərəfdaşlığı və ikitərəfli investisiyaların təşviqi məsələləri barədə fikir mübadiləsi aparıblar.

Həftənin ən çox oxunanları

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir
DAVAMIN OXU davamın oxu

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər
DAVAMIN OXU davamın oxu

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib
DAVAMIN OXU davamın oxu

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar
DAVAMIN OXU davamın oxu

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib
DAVAMIN OXU davamın oxu