Əziz qardaşlarımın - Türkiyə Prezidenti və Pakistan Baş nazirinin bizimlə bərabər bu bayram tədbirlərində iştirakı, bizə göstərilən dəstək və həmrəylik dünya miqyasında artıq tamamilə yeni reallıqlar yaratdı. Bizim gücümüz birliyimizdədir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı səsləndirib.
“Bu gün üçtərəfli formatda birliyimizi bir daha təsdiqlədik. Bu gün bayram konsertində səslənəcək mahnılar bizim birliyimizi bir daha göstərəcək, nə qədər zəngin mədəniyyətə malik olmağımızı göstərəcək. Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq”, - deyə dövlətimizin başçısı qeyd edib.
***
107 il bundan əvvəl Azərbaycanda müsəlman aləmində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdır. Bu, böyük tarixi hadisə idi.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı deyib.
Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrünün uzun olmadığını, 1920-ci ilin aprelində müstəqilliyimizin əlimizdən alındığını vurğulayan dövlətimizin başçısı bildirib ki, ondan bir neçə ay sonra Qərbi Zəngəzur bölgəsi Azərbaycandan ayrılıb Ermənistana birləşdirilib. Bu, böyük ədalətsizlik idi və Azərbaycan xalqı buna oxşar ədalətsizliklərlə tarix boyu üz-üzə qalıb.
***
Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsində ölkəmizə verilən siyasi və mənəvi dəstəyə görə Türkiyə və Pakistana minnətdarlığını bildirib
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, dövlətimizin başçısı Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı bununla bağlı deyib: “Xüsusilə bu bölgədə, 30 il ərzində işğal altında olan Laçın şəhərində bizim birgə olmağımız böyük rəmzi məna daşıyır. Çünki 44 günlük İkinci Qarabağ müharibəsi zamanı bizi Türkiyə və Pakistan dəstəkləmişdir. Türkiyə və Pakistan dəstəyi bizi ruhlandırırdı, bizə əlavə güc verirdi. Bu böyük siyasi və mənəvi dəstəyə görə biz hər zaman qardaş ölkələrin rəhbərlərinə, qardaş xalqlara minnətdarıq”.
***
Azərbaycan, Türkiyə və Pakistan - üç qardaş ölkə əməkdaşlığı ildən-ilə, gündən-günə gücləndirir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı deyib.
Dövlətimizin başçısı qeyd edib: “Biz ağır günlərdə hər zaman bir-birimizin yanındayıq, həmrəylik, dəstək göstəririk. Bu gün bizim üçtərəfli əməkdaşlığımızın (Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlığı – red.) yeni səhifəsi açılır. Bu gün müzakirə etdiyimiz məsələlər, əldə etdiyimiz razılaşmalar bizi bir-birimizə yaxın edəcək”, - deyə dövlətimizin başçısı vurğulayıb.