Operativ Məlumat Mərkəzi

Azərbaycan təmsilçisi Ümümdünya Şahmat Olimpiadasında qızıl medal qazanıb

1 dəq
Paylaş:
Azərbaycan təmsilçisi Ümümdünya Şahmat Olimpiadasında qızıl medal qazanıb
47 ölkədən 63 komandanın mübarizə apardığı olimpiadada Azərbaycan millisi Read Səmədov, Xaqan Əhməd, Cahandar Azadəliyev və Nərmin Abdinova ilə təmsil...

Niderlandın Eyndhoven şəhərində yeniyetmələrin Ümümdünya Şahmat Olimpiadasına yekun vurulub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 47 ölkədən 63 komandanın mübarizə apardığı olimpiadada Azərbaycan millisi Read Səmədov, Xaqan Əhməd, Cahandar Azadəliyev və Nərmin Abdinova ilə təmsil olunub.

Yığma yarışı 12-ci pillədə başa vurub. Read Səmədov birinci lövhədə 9 oyundan 8 xal toplamaqla ən yüksək nəticə sahibi kimi qızıl medala layiq görülüb.

Mükafatlandırma mərasimində Read Səmədovun şərəfinə Azərbaycan himni səsləndirilib

Bu xəbəri paylaş

Oxşar xəbərlər