“Azərbaycan sülh təklifini edib, "topu" Ermənistanın ayağına atıb” - ŞƏRH

“Azərbaycan sülh təklifini edib, "topu" Ermənistanın ayağına atıb” - ŞƏRH
09.12.2023 13:59
Aa
dəq

Azərbaycan və Ermənistanın məhbusları dəyişməsi barədə qərara gəlməsi sülhə yaxınlaşan günün tezləşməsi barədə müsbət təəssüratlar yaradır. 

Bu fikirləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə müsahibəsində politoloq Aqşin Kərimov bildirib.

Politoloq bildirib ki, bundan sonra Bakı ilə İrəvan sülh gündəliyi mətninin hazırlanmasını qarşılıqlı şəkildə daha konstruktiv etmək üçün bu tip səylərini davam etdirə bilərlər. 

"Azərbaycan sülh üçün potensial məqsədlərini təklif edib, "topu" Ermənistanın ayağına atıb. İrəvanın Bakının təklif və tələblər seriyasına verəcəyi cavablar Ermənistanın gələcək günlərə hazırlığını göstərəcək. Sülh üçün uzadılan əli sıxmaq üçün İrəvan təşəbbüs və iradə göstərib kənar oyunçulara həsrətlə baxmasa, Bakı ilə tapılan ortaq məxrəclər çoxalacaq. Yox, bunun əksi istiqamətində hərəkət və davranışlar davam etsə, Ermənistan Azərbaycanın alternativ seçim imkanlarını tətbiq etmək bacarıqlarını nəzərə almalıdır".

Aqşin Kərimov qeyd edib ki, məhbus mübadiləsi Azərbaycanla Ermənistanın sülh gündəliyindəki humanitar aparatın işləkliyini gündəmə gətirir.

"Bunun özü müsbət bir siqnal kimi əhəmiyyət qazanır, lakin kompleks həll variantı üçün İrəvan Bakının üç kritik şərtinə əməl etməlidir. Birincisi, Qazaxın 7 kəndinin və Naxçıvanın Kərki kəndinin geri qaytarılmasını təmin etməkdir. İkincisi, Qərbi azərbaycanlıların geri dönüşü üçün Azərbaycanın irəli sürdüyü şərt Ermənistan tərəfindən qəbul edilməlidir. Üçüncüsü, Zəngəzur dəhlizinin sülh danışıqları ilə açılması variantı və bu geniş kontekstdə sərhədlərin delimitasiyası İrəvanın məsuliyyətini artırır. 

Ermənistan Azərbaycanın bu məqsədlərini nəzərə alaraq, Bakının regional sülh planlaşdırılmasında rol oynamalıdır. Bakı istəyir ki, İrəvan regionu gərginləşdirəcək proses və oyunçuların ətəyindən yapışmasın. Bu, geniş mənada baş verəcəkmi? Məncə suala indi üçün birmənalı şəkildə müsbət cavab vermək çətindir".

Aminə Nəzərova

Həftənin ən çox oxunanları

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH
DAVAMIN OXU davamın oxu