Bu ilin yanvar-avqust aylarında Azərbaycan 8 min 327 ton süd və qaymaq idxal edib.
"Operativ Məlumat Mərkəzi-OMM" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə süd və qaymağın dəyəri 17 milyon 175 min ABŞ dolları olub.
Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə 1 697 ton (25,5 %), dəyər baxımından isə 5 milyon 933 min ABŞ dolları (52,7%) çoxdur.
Hesabat dövründə süd və qaymaq idxalı Azərbaycanın ümumi idxalının 0,15 %-ni təşkil edib.