Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür

Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
18.08.2024 00:53
Aa
dəq

Avqustun 18-də Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 105 ili tamam olur.

"Operativ Məlumat Mərkəzi-OMM" xatırladır ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra 1919-cu ildə milli hökumətin qərarı ilə təsis edilən Hərbi Nazirliyin tərkibində ölkənin bir sıra güc strukturları, o cümlədən Sərhəd Qoşunları fəaliyyətə başlayıb. Sovet İttifaqı dövründə Sərhəd Xidməti Dövlət Təhlükəsizlik Komitəsinin bir strukturu kimi fəaliyyət göstərib.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyev 2000-ci il avqustun 18-ni sərhədçilərin peşə bayramı kimi rəsmiləşdirib. Elə bu səbəbdən də üçrəngli bayrağımızın Silahlı Qüvvələrdə ilk dəfə 1992-ci il avqustun 22-də Naxçıvan Sərhəd Dəstəsində qaldırılmasından, sərhədlərimizdə ilkin zəruri infrastrukturların yaradılmasından tutmuş Dövlət Sərhəd Xidmətinin təşkilinə qədər bütün proseslər Ulu Öndərin adı ilə bağlıdır.

2002-ci ildə Dövlət Sərhəd Xidmətinin yaradılması və ona mərkəzi icra hakimiyyəti orqanı statusunun verilməsi ilə Azərbaycan sərhədçilərinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu, həm də Azərbaycan dövləti üçün sərhədlərin etibarlı mühafizəsinin xüsusi əhəmiyyət kəsb etməsinin göstəricisi idi.

Son illər Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası gücləndirilib, yeni sərhəd dəstələri və zastavaları yaradılıb. Azərbaycan sərhədlərinin havada, suda və quruda etibarlı şəkildə qorunması tam təmin olunub.

Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısı nəticəsində dövlət sərhədinin mühafizəsində müasir texniki vasitələrin tətbiqi sürətləndirilib, dəniz sərhədlərinin mühafizəsi sisteminin və sərhəd aviasiyasının təşkili başa çatdırılıb, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri tədbirlər görülüb. Son illər yeni sərhəd infrastrukturlarının yaradılması, sərhədçilərin xidməti-döyüş şəraitinin yaxşılaşdırılması, peşə bacarığının, səfərbərlik və döyüş qabiliyyətinin artırılması, yeni texnika, avadanlıq və vasitələrlə təminatı sahəsində də mühüm addımlar atılıb.

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əsas təyinatı dövlət sərhədlərinin toxunulmazlığının təmin edilməsidir. Dövlət sərhədlərimizin bütövlükdə mühafizə olunması Azərbaycan sərhədçisinin ən böyük amalı, ən vacib missiyasıdır. Bu gün ölkəmizdə nizami ordu səviyyəsində, çevik, mütəşəkkil, yüksək intizama və döyüş hazırlığına malik, ən müasir texniki vasitələrlə təmin olunmuş Dövlət Sərhəd Xidməti mövcuddur. Heydər Əliyev ideyalarına, dövlətçiliyə, xalqa sədaqətini dəfələrlə nümayiş etdirən hər bir sərhədçi zabit, gizir, çavuş, əsgər və matros müstəqil ölkəmizin dövlət sərhədlərini gecə-gündüz sayıqlıqla qoruyur.

Bu müqəddəs vəzifənin sərhədçilərimiz tərəfindən ən yüksək səviyyədə yerinə yetirilməsi Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən daim qiymətləndirilir. Dövlətimizin başçısının ötən gün imzaladığı sərəncamlarla Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının ali rütbə, orden və medallarla təltif edilməsi sərhədçilərimizin xidməti vəzifələrini peşəkarlıqla yerinə yetirmələrinə və vətənpərvərliyinə verilmiş ali diqqət və qayğının növbəti təzahürüdür.

Azərbaycan sərhədçisi Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin bu yüksək diqqət və qayğısından bəhrələnərək göstərilən etimadı layiqincə doğrultmaq üçün bundan sonra da Vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağa, xidməti vəzifələrini ən yüksək səviyyədə yerinə yetirməyə daim hazırdır.

Həftənin ən çox oxunanları

Azərbaycan ordusu hazırlıq VƏZİYYƏTİNƏ KEÇDİ - Nazir TAPŞIRIQ VERDİ

Azərbaycan ordusu hazırlıq VƏZİYYƏTİNƏ KEÇDİ - Nazir TAPŞIRIQ VERDİ
DAVAMIN OXU davamın oxu

Nazir Azərbaycan Ordusunun arsenalına daxil edilən yeni silahlardan danışıb

Nazir Azərbaycan Ordusunun arsenalına daxil edilən yeni silahlardan danışıb
DAVAMIN OXU davamın oxu

Zakir Həsənov müşavirə keçirdi - Tapşırıqlar verdi

Zakir Həsənov müşavirə keçirdi - Tapşırıqlar verdi
DAVAMIN OXU davamın oxu

Nəcməddin Sadıkov uzun müddət sonra görün harda GÖRÜNTÜLƏNDİ - VİDEO, FOTO

Nəcməddin Sadıkov uzun müddət sonra görün harda GÖRÜNTÜLƏNDİ - VİDEO, FOTO
DAVAMIN OXU davamın oxu

Müdafiə nazirinin yeni müavini Namiq İslamzadə kimdir?

Müdafiə nazirinin yeni müavini Namiq İslamzadə kimdir?
DAVAMIN OXU davamın oxu