Azərbaycan səfiri etimadnaməsinin surətini Türkmənistanın XİN başçısına təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Türkmənistanın XİN başçısına təqdim edib
02.10.2023 15:14
Aa
dəq

Azərbaycanın Türkmənistana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Qismət Gözəlov etimadnaməsinin surətini Türkmənistan Nazirlər Kabinetinin sədr müavini - xarici işlər naziri Rəşid Meredova təqdim edib.

Azərbaycanın Türkmənistandakı səfirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"ə verilən məlumata görə, görüş zamanı R.Meredov yeni təyinatı ilə bağlı səfiri təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Nazir Azərbaycan və Türkmənistan arasında mövcud olan strateji münasibətlərdən danışaraq bu münasibətlərin gələcəkdə daha da inkişaf etdirilməsi perspektivlərini vurğulayıb və yeni səfirin fəaliyyəti dövründə bu istiqamətdə uğurlu nəticələrin əldə olunacağına əminliyini ifadə edib.

Səfir Qismət Gözəlov ikitərəfli münasibətlərin genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini və bütün sahələr üzrə strateji tərəfdaşlığımızın ruhuna uyğun olaraq əməkdaşlığın inkişafı istiqamətində müvafiq addımların atılacağını qeyd edib.

Tərəflər görüş zamanı Azərbaycan və Türkmənistan arasında siyasi, iqtisadi, nəqliyyat, energetika və digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsinə dair geniş fikir mübadiləsi aparıblar.

Həftənin ən çox oxunanları

Azərbaycanın nümayəndə heyəti BMT-nin sammitində iştirak edir

Azərbaycanın nümayəndə heyəti BMT-nin sammitində iştirak edir
DAVAMIN OXU davamın oxu

Ceyhun Bayramov ABŞ-yə gedib

Ceyhun Bayramov ABŞ-yə gedib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Malini təbrik edib

Azərbaycan XİN Malini təbrik edib
DAVAMIN OXU davamın oxu

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu