Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa-quruculuq layihələrinin həyata keçirilməsində Vyetnam şirkətlərinin də iştirakı mümkündür.
"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bunu Vyetnamın ölkəmizdə yeni təyin olunan səfiri Danq Min Xoyun etimadnaməsini qəbul edərkən Prezident İlham Əliyev deyib.
Dövlət başçısı həmin şirkətləri bərpa-quruculuq işlərində iştiraka dəvət edib.