Əsas məzmuna keç

Azərbaycan Prezidenti: "Mərkəzi Asiyadan olan şirkətlərin Ələt Azad İqtisadi Zonasına marağını görürük"

Azərbaycan Prezidenti: "Mərkəzi Asiyadan olan şirkətlərin Ələt Azad İqtisadi Zonasına marağını görürük"

ikitərəfli əməkdaşlığın mühüm meyarlarından birinin qarşılıqlı ticarətin və sərmayələrin artımı olduğunu söyləyən dövlətimizin başçısı həmin iki...

İlham Əliyev Tacikistanda keçirilən Mərkəzi Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə çıxışı zamanı bu regionun (Mərkəzi Asiya – red.) ölkələri ilə Azərbaycanın əməkdaşlığı barədə danışıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ikitərəfli əməkdaşlığın mühüm meyarlarından birinin qarşılıqlı ticarətin və sərmayələrin artımı olduğunu söyləyən dövlətimizin başçısı həmin iki istiqamət üzrə göstəricilərin davamlı artdığını söyləyib.

“Keçən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb. Birgə sərmayə fondları yaradılıb, növbəti 3 il üzrə 1 milyard dollardan artıq qarşılıqlı sərmayələrin həcmi razılaşdırılıb. Biz artıq sənaye əməkdaşlığı, maşınqayırma, sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələri həyata keçiririk. Mehmanxana işi və turizm sahəsindəki sərmayə layihələri ilk icra mərhələsindədir. Biz Mərkəzi Asiyadan olan şirkətlərin bu yaxınlarda Azərbaycanda yaradılmış Azad İqtisadi Zonasına marağını görürük”, - deyə qeyd edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…