Operativ Məlumat Mərkəzi

Azərbaycan Prezidenti Yunanıstanın Baş naziri ilə görüşüb - YENİLƏNİB

1 dəq
Paylaş:
Azərbaycan Prezidenti Yunanıstanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
Yunanıstanın Baş naziri COP29-un qısa müddət ərzində yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına təbriklərini çatdırdı. Söhbət zamanı...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakis ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Yunanıstanın Baş naziri COP29-un qısa müddət ərzində yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına təbriklərini çatdırdı.

Söhbət zamanı ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrinə dair fikir mübadiləsi aparıldı. Beynəlxalq təşkilatlar çərçivəsində əlaqələr, mədəniyyət və turizm sahələrində əməkdaşlıq, Bakı ilə Afina arasında birbaşa uçuşların təşkili məsələləri qeyd edildi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakis ilə görüşüb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər