ABŞ Prezidenti Donald Tramp 30 ildən çox davam edən qanlı, ölümcül münaqişəyə son qoydu.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Prezident İlham Əliyev Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim edilməsi mərasimində bildirib.
“Mərasimə xoş mesajlar ünvanlayan bütün həmkarlarıma təşəkkürümü bildirirəm və bir daha Azərbaycanla Ermənistan arasında sülhün təkcə iki ölkə üçün deyil, həm də daha geniş bölgələr üçün əhəmiyyətini vurğulayıram. Biz 30 ildən çox müharibə şəraitində idik. İndi altı aydır ki, sülh şəraitində yaşayırıq. Dəfələrlə dediyim kimi, öyrənirik. Sülh şəraitində yaşamağı öyrənmək, sizə deyə bilərəm ki, bu, xüsusi bir hissdir. Müstəqil olduğumuzdan bəri heç vaxt sülh şəraitində yaşamamışıq. Və sürətlə öyrənirik. Beləliklə, ABŞ Prezidenti Donald Trampın ev sahibliyi etdiyi Vaşinqtonda keçirilən tarixi sammitdən keçən son altı ay uzunmüddətli və əbədi sülhə doğru tərəfdaşlıq, əməkdaşlıq və hərəkət ayı oldu. Həmçinin, Azərbaycan və Ermənistan arasında sülhə verdiyi töhfəyə görə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa təşəkkürümü bildirmək istəyirəm. O, 8 avqust 2025-ci ildə üçtərəfli sammitə ev sahibliyi etdi və bu sammitdə əvvəlcə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi paraflandı və birgə bəyannamə imzalandı. Prezident Tramp da şahid qismində bunu imzaladı və beləliklə, uzunmüddətli, 30 ildən çox davam edən qanlı, ölümcül münaqişəyə son qoydu”, - dövlət başçısı bildirib.