Operativ Məlumat Mərkəzi

Azərbaycan Premyer Liqasının XXIV turunun açılış oyununda "Kəpəz" qalib gəlib

1 dəq
Paylaş:
Azərbaycan Premyer Liqasının XXIV turunun açılış oyununda "Kəpəz" qalib gəlib
Qəbələdə baş tutan günün yeganə matçında "Kəpəz" və "Qəbələ" komandaları münasibətləri aydınlaşdırıblar. Görüş nominal meydan sahibi olan Gəncə...

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura start verilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Qəbələdə baş tutan günün yeganə matçında "Kəpəz" və "Qəbələ" komandaları münasibətləri aydınlaşdırıblar.

Görüş nominal meydan sahibi olan Gəncə təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 2:1. Qalib komandanın heyətində 19-cu dəqiqədə Georgi Papunaşvili, 66-cı dəqiqədə isə penaltidən Amil Yunanov fərqlənib. “Qəbələ”nin yeganə qolunun müəllifi 44-cü dəqiqədə Osama Xalayla olub.

Bu qələbədən sonra "Kəpəz" 23 xalla 9-cu, "Qəbələ" isə 15 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər