Azərbaycan Ordusunun kadr işləri üzrə heyəti ilə təlim-metodiki toplanış keçirilib

Azərbaycan Ordusunun kadr işləri üzrə heyəti ilə təlim-metodiki toplanış keçirilib
13.01.2024 13:30
Aa
dəq

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2024-cü il üçün təsdiq etdiyi plana əsasən birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin kadr işləri üzrə heyəti ilə təlim-metodiki toplanış keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, kadr orqanı işçiləri, şəxsi heyətin uçotuna, təşkilat-səfərbərlik və qeyri-məxfi kargüzarlığa cavabdeh şəxslərin iştirak etdiyi toplanışda Şəxsi Heyət Baş İdarəsi rəisi vəzifəsini icra edən general-mayor Elçin Xəlilov çıxış edib.

Azərbaycan Ordusunda kadrların idarə edilməsi üzrə ötən il ərzində görülmüş işlərdən danışan Baş İdarə rəisi 2024-cü ildə qarşıda duran əsas tapşırıqlar barədə iştirakçıları məlumatlandırıb.


Bildirilib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Türkiyə modelinə uyğunlaşdırılması məqsədilə Azərbaycan Ordusunda uğurlu islahatlar aparılıb. Bu istiqamətdə icra edilən tədbirlərin cari ildə də davam etidiriləcəyi və Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanıldığı vurğulanıb.


Ordumuzun strateji düşüncəyə malik, bacarıqlı kadrlarla komplektləşdirilməsi, təşkilati-ştat strukturunun təkmilləşdirilməsi üzrə icra edilən tədbirlər, əldə edilən nailiyyətlər, həmçinin kadr idarəetmə sisteminin daha da təkmilləşdirilməsi üzrə görülən işlərin müsbət təsiri diqqətə çatdırılıb.

Təlim-metodiki toplanışda Azərbaycan Ordusunun kadr işləri üzrə cavabdeh zabitlərinin kadr hazırlığı və komplekləşdirmə istiqamətində həyata keçirilən fəaliyyətlər barədə məruzələri dinlənilib.

Həftənin ən çox oxunanları

Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

Gənc əsgərlərin andiçmə mərasimi keçirilib
DAVAMIN OXU davamın oxu

Azərbaycan xüsusi təyinatlıları Türkiyədəki təlimdə atəş fəaliyyətləri icra ediblər

Azərbaycan xüsusi təyinatlıları Türkiyədəki təlimdə atəş fəaliyyətləri icra ediblər
DAVAMIN OXU davamın oxu

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi Namiq İslamzadəyə həvalə olunub

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi Namiq İslamzadəyə həvalə olunub
DAVAMIN OXU davamın oxu

"Ehtiyatda olan hərbçilərin təlim toplanışları mütəmadi keçirilməlidir"

DAVAMIN OXU davamın oxu

Müdafiə nazirinin müavinləri hərbi vəzifəlilərlə görüşüblər, tapşırıqlar verilib

Müdafiə nazirinin müavinləri hərbi vəzifəlilərlə görüşüblər, tapşırıqlar verilib
DAVAMIN OXU davamın oxu