Əsas məzmuna keç

Azərbaycan Ordusunun əsgəri özünü öldürüb

Azərbaycan Ordusunun əsgəri özünü öldürüb

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, Bağırov Elcan Emin oğlunun odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Şəmkir hərbi prokurorluğuna məlumat daxil olub.

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.

O bildirib ki, daxil olmuş məlumat əsasında Şəmkir hərbi prokurorluğunun və Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanılaraq şahidlər dindirilmiş, müxtəlif ekspertizalar təyin edilərək icraya yönəldilmiş və təxirəsalınmaz zəruri hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…