Əsas məzmuna keç

Azərbaycan Ordusunun artilleriya bölmələri döyüş atışları keçirib

Azərbaycan Ordusunun artilleriya bölmələri döyüş atışları keçirib

2025-ci ilin hazırlıq planına uyğun olaraq, Quru Qoşunlarının artilleriya bölmələrində praktiki döyüş atışları keçirilib. Bu barədə Müdafiə Nazirliyindən...

2025-ci ilin hazırlıq planına uyğun olaraq, Quru Qoşunlarının artilleriya bölmələrində praktiki döyüş atışları keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Real döyüş şəraitinə uyğun keçirilən döyüş atışlarında şərti düşmənin planlı və plandankənar hədəflərinin aşkar edilməsi və sərrast atəşlə məhv edilməsinə nail olunub.
Praktiki məşğələlərin keçirilməsində əsas diqqət hərbi qulluqçuların praktiki bacarıqlarının artırılması, komandirlərin idarəetmə vərdişlərinin və qarşılıqlı əlaqənin təkmilləşdirilməsinə yönəldilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…