Azərbaycan Ordusunda hərbi beşnövçülük üzrə birincilik yarışı başa çatıb

Azərbaycan Ordusunda hərbi beşnövçülük üzrə birincilik yarışı başa çatıb
22.05.2023 10:11
Aa
dəq

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü tədris ilinin hazırlıq planına əsasən, Azərbaycan Ordusunda keçirilən hərbi beşnövçülük üzrə birincilik yarışı yekunlaşıb.

Bu barədə  "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Birincilikdə iştirak edən hərbi qulluqçular maneələr zolağının dəf edilməsi, 200 metr məsafəyə avtomatdan atış, qumbaraatma, 8 kilometr məsafəyə kros və üzgüçülük növləri üzrə yarışlarda yüksək peşəkarlıq nümayiş etdiriblər.
Mükafatlandırma mərasimində bildirilib ki, hərbi qulluqçu üçün döyüş hazırlığı ilə yanaşı, fiziki hazırlığının da daimi yüksək səviyyədə saxlanılması vacib şərtdir. Ordumuzda keçirilən bu cür yarışlar sayəsində şəxsi heyət arasında sağlam rəqabət yaratmaqla bərabər gənclər arasında idmana maraq daha da artır.

Gərgin mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən, "Hərbi İnstitut", "Quru Qoşunları" və "Hərbi Hava Qüvvələri"nin komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərdə qərarlaşıblar.

Fərdi şəkildə hərbi qulluqçular arasında kursant Rəvan Kətənov birinci, MAHHXHQ çavuş Eyub Eyubov ikinci, kursant Toğrul Həsənov isə üçüncü yerə layiq görülüblər.

Yekunda qaliblər diplom, kubok və medallarla mükafatlandırılıblar.

Həftənin ən çox oxunanları

Yaşar Gülər Azərbaycan müdafiə nazirinin müavini ilə görüşüb - YENİLƏNİB

Yaşar Gülər Azərbaycan müdafiə nazirinin müavini ilə görüşüb - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Azərbaycan və İtaliyanın Baş Qərargah rəisləri görüşüb

Azərbaycan və İtaliyanın Baş Qərargah rəisləri görüşüb
DAVAMIN OXU davamın oxu

Azərbaycan hərbçiləri Türkiyədə keçiriləcək beynəlxalq təlimlərə qatılacaq

Azərbaycan hərbçiləri Türkiyədə keçiriləcək beynəlxalq təlimlərə qatılacaq
DAVAMIN OXU davamın oxu

Türkiyənin Baş Qərargah rəisi Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanını qəbul edib - YENİLƏNİB

Türkiyənin Baş Qərargah rəisi Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanını qəbul edib - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Aqil Qurbanovun Çinə gedib

Aqil Qurbanovun Çinə gedib
DAVAMIN OXU davamın oxu