Operativ Məlumat Mərkəzi

“Azərbaycan tərəfdaş olaraq, Serbiya üçün önəmlidir”-ŞƏRH

2 dəq
Paylaş:
“Azərbaycan tərəfdaş olaraq, Serbiya üçün önəmlidir”-ŞƏRH
Serbiya-Bolqarıstan qaz interkonnektorunun açılışı təkcə Serbiyanın özü üçün deyil, eyni zamanda digər ölkələr üçün perspektivdə öz müsbət töhfəsini...

Serbiya-Bolqarıstan qaz interkonnektorunun açılışı təkcə Serbiyanın özü üçün deyil, eyni zamanda digər ölkələr üçün perspektivdə öz müsbət töhfəsini verəcəkdir.

Bu fikirləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə müsahibəsində iqtisadçı ekspert Eldəniz Əmirov bildirib.

"Eyni zamanda enerji sektorunda olan bu əməkdaşlıq iqtisadiyyatın digər sektorlarına da öz təsirini göstərir. Serbiya ilə iqtisadi əməkdaşlıqda müəyyən dinamika müşahidə olunur. Ümumiyyətlə 2005-ci ildən bu yana baxdıqda görərik ki, ticarət dövriyyəmiz 39 min dollar olduğu halda, artıq 2022-ci il ticarət dövriyyəmiz 11 milyon dollara yaxınlaşıb. Hazırda isə bu ticarət dövriyyəsi təxminən 10 milyon ətrafındadır. Eyni zamanda ixracımız da getdikcə artmaqdadır.

Düşünürəm ki, Azərbaycanın həm ticarət dövriyyəsi, həm də ixracının artırılmasında enerji sahəsində olan əməkdaşlığın çox böyük rolu olacaqdır. Eyni zamanda enerji sahəsində olan əməkdaşlıq iqtisadiyyatın qeyd etdiyim kimi digər sektorlarına, o cümlədən strateji əməkdaşlığa öz yeni töhfəsini verəcəkdir. Çünki Azərbaycan etibarlı tərəfdaş olaraq Serbiya üçün çox önəmlidir".

Aminə Nəzərova

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər