Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb
10.11.2023 10:14
Aa
dəq

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,38 ABŞ dolları, yaxud 0,45 % artaraq 85,4 ABŞ dolları təşkil edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə neft bazarındakı mənbə məlumat verib.

Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin yanvar fyuçersləri 80,39 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Həftənin ən çox oxunanları