"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,72 ABŞ dolları, yaxud 0,85 % artaraq 85,45 ABŞ dolları təşkil edib.
Dünən hərracların nəticələrinə görə “Brent” markalı neftin may fyuçersləri 81,09 ABŞ dollarına satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.