Əsas məzmuna keç

Azərbaycan mobil internetin sürətinə görə irəliləyib

Azərbaycan mobil internetin sürətinə görə irəliləyib

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Bu ilin avqust ayında sabit genişzolaqlı internetin median sürətinə görə 182 ölkə arasında 28,7 Mb/s sürətlə 120-ci qərarlaşıb.

"Operativ Məlumat Mərkəzi-OMM" “Speedtest Global Index”in hesabatına istinadla xəbər verir ki, ölkəmiz avqustda mobil internetin sürətinə görə isə 145 ölkə arasında 42,94 Mb/s sürətlə 54-cü yerdə qərarlaşıb. Bu isə iyula nisbətən 2 irəliləmək deməkdir. Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Əmirlikləri (BƏƏ) (210,89 MB/S), sonuncu - 145-ci yeri isə Kuba (4,34 Mb/s) tutub.

Sabit genişzolaqlı internetin sürətinə görə birinci yeri Sinqapur (254,65 Mb/s), sonuncu yeri isə Kuba (1,95 Mb/s) tutub.

Hesabata əsasən, avqustda şəhəri mobil internetin sürətinə görə sabit qalaraq 45,5 MB/S sürətlə 171 şəhər arasında 73-cü yerə sahiblik edib.

Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri 259,65 Mb/s sürətlə Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhəri, sonuncu yeri isə 4,11 Mb/s sürətlə Kubanın Havana şəhəri tutub. Azərbaycan paytaxtı sabit genişzolaqlı internetin sürətinə görə isə 29,21 Mb/s sürətlə 141-ci pillədə qərarlaşıb ki, bu da 3 pillə geriləməlidir.

Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqində isə 193 şəhər rəqabət aparıb. Siyahıya BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhəri 280,24 Mb/s sürətlə liderlik edib. Kubanın paytaxtı Havana şəhəri isə 1,88 Mb/s sürətlə sonuncu olub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…