Azərbaycan millisi Rusiya ilə yoldaşlıq oyunu keçirib

Azərbaycan millisi Rusiya ilə yoldaşlıq oyunu keçirib
28.11.2024 21:11
Aa
dəq

Rusiyanın Soçi şəhərində təlim-məşq toplanışında olan qadınlardan ibarət Azərbaycan milli komandası ilk yoldaşlıq görüşünü keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma Rusiya seçməsi ilə üz-üzə gəlib. FİŞT Olimpiya Stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandalar dekabrın 2-də “Soçi” klubunun məşq bazasında növbəti yoldaşlıq görüşündə üz-üzə gələcək.

Həftənin ən çox oxunanları