Operativ Məlumat Mərkəzi

Azərbaycan Kubokunda ilk yarımfinal cütü bəlli olub

1 dəq
Paylaş:
Azərbaycan Kubokunda ilk yarımfinal cütü bəlli olub
Futbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı müəyyənləşib. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, 1/4 final mərhələsinin bu gün...

Futbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı müəyyənləşib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, 1/4 final mərhələsinin bu gün keçirilən cavab matçında "Qəbələ" "Araz-Naxçıvan"ı qəbul edib.

Qəbələ şəhər stadionunda gerçəkləşən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 2:0. "Qırmızı-qaralar"ın heyətində 39-cu dəqiqədə Osama Xalayla, 42-ci dəqiqədə Urfan Abbasov fərqlənib. Bakıdakı ilk matçda rəqibi ilə heç-heçə (1:1) edən "Qəbələ" yarımfinala vəsiqə qazanıb. Komanda bu raundda "Zirə" ilə üz-üzə gələcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər