"Azərbaycan kənar qüvvələrə müdaxiləyə icazə verməyəcək" - ŞƏRH

"Azərbaycan kənar qüvvələrə müdaxiləyə icazə verməyəcək" - ŞƏRH
20.09.2023 12:24
Aa
dəq

Azərbaycanın həyata keçirdiyi legitim antiterror tədbirləri sülhü yaxınlaşdırmağa hesablanan tədbirlərdir.

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

Deputat qeyd edib ki, nə qədər Azərbaycan ərazisində separatçılar var, sülhün təmin olunması mümkün olmayacaq.

"Azərbaycan öz ərazisinin hər qarışında Konstitusion quruluşunu mütləq bərpa etməlidir, öz qanunlarının işləkliyini bütün ərazidə tətbiq etməlidir. Lokal antiterror tədbirləri məhz bu məqsədlə keçirilir. Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilər bir qrup separatçıların qirovuna çevrilib. Onlar potensial Azərbaycan vətəndaşlarıdır. Azərbaycan vətəndaşları üçün yaradılan bütün şəraitdən onlar da istifadə edə bilərlər. Antiterror tədbirlərinin başqa bir məqsədi erməni sakinləri qondarma rejimin əsarətindən qorumaqdır".

H.Babaoğlu əlavə edib ki, Azərbaycan kənar qüvvələrə müdaxiləyə icazə verməyəcək.

"Azərbaycana qarşı davam edən terror aktları onu labüd etdi ki, Azərbaycan antiterror əməliyyatlarına başlasın. Mən düşünürəm ki, ABŞ bu tədbirləri dəstəkləməlidir. Necə olur ki, ABŞ istədiyi zaman, istədiyi yerdə antiterror tədbirləri keçirir, Azərbaycan öz suveren ərazilərində bu addımı ata bilməz? Azərbaycan Prezidenti Antoni Blinkenə danışıq zamanı çox lazımlı məlumatlar verdi və Azərbaycanın mövqeyini ortaya qoymuş oldu".

Həftənin ən çox oxunanları

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir
DAVAMIN OXU davamın oxu

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu