“Azərbaycan İrandan münasibətlərin normallaşması ilə bağlı müsbət siqnallar alır”

“Azərbaycan İrandan münasibətlərin normallaşması ilə bağlı müsbət siqnallar alır”
07.09.2023 16:40
Aa
dəq

“Azərbaycan iki ölkə arasında münasibətlərin normallaşması məsələsində İran tərəfdən müsbət ismarışlar alır”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin beynəlxalq “i24NEWS” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, İran Azərbaycanla qonşu ölkədir: “Azərbaycanın bütün qonşularla yaxşı münasibət qurması çox vacibdir. Ölkənin yürütdüyü siyasət Azərbaycanın həmsərhəd olduğu bütün ölkələrlə sabit və qarşılıqlı faydalı əlaqələr saxlamaqdan ibarətdir”.

“İranla Azərbaycan arasında müəyyən anlaşılmazlıqlar olub. Amma biz diplomatik kanallardan və dialoqdan istifadə edərək bunu həll etməyə çalışırıq və İran tərəfdən də müsbət siqnallar alırıq”, - o əlavə edib.

Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan bu səhifəni çevirmək və bütövlükdə regionda, həmçinin iki ölkə arasında əməkdaşlıq və dialoq üçün daha əlverişli mühit yaratmaq üçün iranlı həmkarları ilə diplomatik təmasları davam etdirir.

Həftənin ən çox oxunanları

Ceyhun Bayramov ABŞ-yə gedib

Ceyhun Bayramov ABŞ-yə gedib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Malini təbrik edib

Azərbaycan XİN Malini təbrik edib
DAVAMIN OXU davamın oxu

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu