Azərbaycan ilə Özbəkistan informasiya sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan ilə Özbəkistan informasiya sahəsində əməkdaşlığı müzakirə edib
03.04.2023 21:30
Aa
dəq

Azərbaycanın bir sıra dövlət qurumları rəhbərlərinin daxil olduğu nümayəndə heyəti Özbəkistanda səfərdədir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Azərbaycan Respublikası Audiovizual Şuranın sədri İsmət Səttarovun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 3-də Daşkənd şəhərində Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin baş direktoru Asadjan Xocayev ilə görüşüb.

Görüşdə iki ölkə arasında informasiya təhlükəsizliyi, ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub, media sahəsində əlaqələrin inkişafı məqsədilə konkret layihələrin reallaşdırılmasının vacibliyi diqqətə çatdırılıb. Özbəkistan tərəfi media və informasiya sahəsində, həmçinin feyk xəbərlərlə mübarizədə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlı olduğunu bildirib. Danışıqlar əsnasında iki ölkənin aparıcı informasiya agentlikləri arasında xəbər və təcrübə mübadiləsinin gücləndirilməsinin vacibliyi önə çəkilib.

Görüş zamanı Azərbaycanın işğaldan azad olunan ərazilərində yüksək səviyyədə aparılan genişmiqyaslı quruculuq işlərinin dünyaya çatdırılmasının önəmli olduğu və bu istiqamətdə medianın böyük rol oynadığı vurğulanıb.

Nümayəndə heyəti səfər zamanı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət edib. Mərkəzin direktoru Samir Abbasov bildirib ki, Azərbaycan-Özbəkistan dostluq əlaqələrinin inkişafında mühüm əhəmiyyətə malik olan Mədəniyyət Mərkəzində Heydər Əliyev Muzeyi, Azərbaycan-Özbəkistan Dostluq Muzeyi, Azərbaycan Tarixi və Dövlətçiliyi Muzeyi və Xalça Muzeyi fəaliyyət göstərir.

Həftənin ən çox oxunanları

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir
DAVAMIN OXU davamın oxu

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər
DAVAMIN OXU davamın oxu

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib
DAVAMIN OXU davamın oxu

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar
DAVAMIN OXU davamın oxu

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib
DAVAMIN OXU davamın oxu