Azərbaycan idmanının gələcək inkişafı və çatışmayan xüsusiyyətləri - AÇIQLAMA

Azərbaycan idmanının gələcək inkişafı və çatışmayan xüsusiyyətləri - AÇIQLAMA
15.08.2024 16:10
Aa
dəq

Avqustun 14-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib. Dövlətimizin başçısı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında idmançılarımızın zəhməti, istedadı, peşəkarlığı sayəsində qazandıqları qələbənin bütün xalqımıza sevinc bəxş etdiyini bildirərək, Azərbaycan idmançılarına və məşqçilərinə yeni qələbələr və uğurlar arzulayıb.

Dövlət tərəfindən idmanın kütləviliyi təmin edilərək ölkədə sağlam nəsl formalaşdırılır. Sözsüz ki, bu formalaşdırılırmış nəsil də vətənimizin sağlam gələcəyi deməkdir. Dövlətin qayğısı ilə əhatə olunmuş idman federasiyaları, təşkilatları, klubları, birliklərı də öz işlərini, birmənalı olaraq, Azərbaycan respublikasında idmanın inkişafına sərf etmişdir.

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə danışan Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev bildirib ki, Azərbaycanda cənab Prezidentin Olimpiya Hərəkatına gələn günündən Azərbaycanda çox çatışmayan xüsusiyyətlər var idi.

Xəzər İsayev: Əminəm, “Gömrükçü”lərimiz idmanın inkişafına töhfələrini daha  da artıracaqlar - AZƏRTAC

MOK rəsmisi Azərbaycanda idmanın inkişafında ölkə başçısının danılmaz rolu olduğunu vurğulayıb: “İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra ölkəmizin dünya idmanında layiqli yer tutması üçün mühüm addımlar atıldı, yenidənqurma işləri başladıldı. İdman sahəsində infrastruktur problemi aradan qaldırıldı.

Azərbaycanda yüksək səviyyədə mötəbər yarışların keçirilməsi Dünya, Avropa və Dünya Kuboku kimi yarışların burada baş tutması, artıq Azərbaycanı Olimpiya hərəkatında böyük rolunu göstərməklə yanaşı, Azərbaycanı dünyada idman dövləti kimi tanıtdırmağı bacardı. Bütün bu işlər Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev seçiləndən sonra bu günə qədər davam edir”.

Xəzər İsayev həmçinin qeyd edib ki, digər idmançılarımız, federasiyalar, yeni yaranan federasiyalar, klublar hamısı cənab Prezidentin göstərişi və onun mövcud dövrünə aid olan məsələlərdir. Hər idman növünü dərindən bilən, ona qayğı ilə yanaşan, diqqət göstərən İlham Əliyev idmançılarla görüşü bütün bunların təzahürü idi ki, yenə də həmin ənənələr davam edir.

“Biz idmançı ailəsi olaraq, İlham Əliyevə borcluyuq, ona təşəkkürümüzü və minnətdarlığımızı bildiririk”, - deyə sədr yekunlaşdırıb.

Digər həmsöhbətimiz idman jurnalisti Ağa Dadaşzadə Azərbaycanın idmana hər zaman diqqət göstərdiyini bildirib. O, qeyd edib ki, möhtərəm Prezidentin diqqəti, qayğısı bir növ Federasiya prezidentlərinə "görk" olmalı idi. Zatən Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi olduqca yaxşı çalışırlar. Ancaq Federasiyalara bu, bir növ bildiriş olmalıdır ki, gələn Los-Angeles Olimpiya Oyunlarında sizin yetişdirdiyiniz gənclər, azərbaycanlı idmançılar orada yer tuta bilsinlər.

Futbolda texnologiya üçün çox tezdir" -Ağa Dadaşzadə | Informator  informasiya portalı

İdman eksperti vurğulayıb ki, bu illər medalçılar arasında legionerlər çox oldu. Əsas uğuru legionerlərdən ibarət idmançılarımız qazandı. Ancaq yaxşı olar ki, gələn Olimpiya Oyunlarında öz yerli idmançılarımız çıxış etsinlər. Hazırda qarşıda müxtəlif idman sahələri üzrə Avropa Cəmiyyətləri, Dünya Çempionatları var. Artıq bir neçə aydan sonra növbəti Los-Angeles 2028 Olimpiadasına lisenziyalar verilməyə başlayacaq.

Bəs yeni nəsilin idmandakı rolunu necə qiymətləndirirsiniz sualına o, gənclərin sağlam mühitdə, sağlam ruhda formalaşmasının vacib olduğunu vurğulayıb.

Jurnalist qeyd edib ki, gəncləri o zaman sağlam mühitdə formalaşdırmaq lazımdır ki, gənclər idman sahəsindən fərqli olmayaraq ciddi uğurlar qazana bilsin. Hidayət Heydərovun uğurundan sonra yüzlərlə gənc cüdo məşqlərinə yazılıb. Bu, az göstərici deyil. Bu yüzlərlə uşağın cüdoya yazılması gələcəyin hərbçisi, idmançısı, polisi və s. sahələrdə qazandığımız sağlam gənclər olacaq.

”Möhtərəm Prezidentin göstərdiyi etimad onun diqqəti, qayğısını bütün Federasiyalar anlamalı, işlərində diqqətli olmalıdırlar.

Uğursuz çıxış edən Federasiyalardan boks, güləş, taekvando kimi misalları çəkmək olar. Ancaq taekvando üzrə idmançımız ikinci yeri tutaraq, yüksək nəticə göstərdi, buna baxmayaraq yenə də, aktiv olmaq lazımdır. Çünki dövlətimiz yetəri qədər maliyyə ayırır, şərait və infrastruktur var, buna görə də Azərbaycanda idmançı yetişməlidir".

Qaşım Maqomedov gümüş medal qazandı — Yenilənib

İdmançı yetişdirmək cəhətdən çətinlik çəkdiyimizi bildirən Ağa Dadaşzadə, bu üzrə işləyərək, gənclərimizin sağlam mühitdə formalaşmasına, dünyada, eləcə də Avropada öz sözümüzü demiş olacağımızı qeyd edib.

Azərbaycan idmanını qarşıda daha bir ciddi sınaq – Los-Anceles Yay Olimpiya Oyunları gözləyir. Bizi 4 illiyin ən böyük yarışından 4 il ayırsa da, artıq indidən bütün planlar cızılmalı, lazımi addımlar atılmalıdır. Hədəf isə, tam təbii olaraq, Paris-2024-dəkindən daha yaxşı nəticə olmalıdır.

Aminə Nəzərova

Həftənin ən çox oxunanları

Ən yeni tariximizin şanlı, parlaq səhifəsi

Ən yeni tariximizin şanlı, parlaq səhifəsi
DAVAMIN OXU davamın oxu

Bakıda tıxacların qarşısı necə alınmalıdır?

Bakıda tıxacların qarşısı necə alınmalıdır?
DAVAMIN OXU davamın oxu

Türk Dünyası Ortaq Əlifbası hansı hallarda istifadə ediləcək? - AÇIQLAMA

Türk Dünyası Ortaq Əlifbası hansı hallarda istifadə ediləcək? - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

"Formula 1" yarışları Azərbaycanın artan nüfuzunun göstəricisidir - AÇIQLAMA

DAVAMIN OXU davamın oxu

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi
DAVAMIN OXU davamın oxu