“Azərbaycan heç zaman vassala çevrilməyəcək”-ŞƏRH

“Azərbaycan heç zaman vassala çevrilməyəcək”-ŞƏRH
16.11.2023 19:42
Aa
dəq

Fransanın ikili standartlara söykənən riyakar geosiyasi oyunlarına biz artıq öyrəncəliyik. Burada yeni bir şey yoxdur və erməni lobbisinin təsiri altında olan rəsmi Parisin son zamanlardakı davranışları da mahiyyətcə əvvəlkilərdən fərqli deyil. Aydındır ki, Azərbaycanın öz ərazi bütövlüyünü və konstitusiya quruluşunu tam bərpa etməsi Fransanın və bütövlükdə Qərbin bütün planlarını puça çıxardı.  Bunun ardınca Qoşulmama Hərəkatının platforması üzərindən Fransanın digər qitələrdə davam edən irqçilik və  müstəmləkəçilik siyasəti ifşa olunduqdan və BMT-nin beynəlxalq qurum kimi səmərəsiz təşkilata çevrildiyi bəyan edildikdən sonra bu münasibət daha kəskin səciyyə daşımağa başlamışdır.

Bu fikirləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında millət vəkili Əli Hüseynli bildirib.

Bu müstəvidə ABŞ-nın sərgilədiyi siyasətə gəlincə, bu gün Avropa gücləri ilə yanaşı Ağ Evin dünyada baş verən geosiyasi proseslərə obyektivlikdən uzaq münasibəti olduqca neqativ və təhlükəli meyillərlə müşayiət  olunmaqdadır. Qəribədir ki, Yaxın Şərqdə minlərlə günahsız insanların qətlə yetirilməsinə haqq qazandıranlar Qarabağı könüllü və fiziki təzyiq olmadan tərk etmiş ermənilərin hüquqlarının qorunmasını qondarma arqumentlərlə Bakıdan israrla tələb edirlər. 30 il bundan öncə bir milyon azərbaycanlının açıq təcavüzlə torpağından qovulması ilə sayı 50 mindən çox olmayan erməninin rahat şəkildə Ermənistana köçməsini müqayisə edin. Hər iki halda şğalçı Ermənistana deyil, hüquqları pozulan Azərbaycana  göstərilən belə ikili, riyakar münasibət yalnız acı təəssüf doğurur.

Burada əsas məqamlardan biri odur ki, eyni zamanda bir neçə stulda əyləşməyi adət etmiş Ermənistan hakimiyyətinin Rusiya ilə apardığı geosiyasi oyunlar guya Qarabağ məsələsində onu dəstəkləməyən Kremlə cavab kimi dəyərləndirilir. Bundan istifadə edən Qərb dairələri və ABŞ Cənubi Qafqazda təsir dairəsini genişləndirmək və Moskvanı bölgədən sıxışdırib çıxarmaq kimi planlarını reallaşdırmaq üçün etdiyi hərəkətlərin məsuliyyətini sonadək dərk etməyən Nikol Paşinyanı vasitə kimi istifadə etməkdədirlər. Lakin ən yaxın tarixi dövrdə onlara güvənən bəzilərinin acınacaqlı aqibətləri hər kəsə bəllidir. Qərbin adamı kimi hakimiyyətə gəlmiş Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin bugünkü fiziki və siyasi durumu ibrətamiz nümunədir. Bütün bunları daha dolğun dərk etmək üçün Rusiya ilə müharibəyə sürüklənmiş, hər gün yüzlərlə vətəndaşını mənasız qarşıdurmada itirən, şəhər və kəndləri viran qalan Ukraynaya ABŞ və Avropa himayədarlığının bugünkü nəticələrinə diqqət yetirmək kifayətdir.

​Cənubi Qafqaz bölgəsində yeni reallıqlar yaratmış, güclü və qüdrətli  Azərbaycan isə heç zaman heç bir xarici qüvvənin vassalına çevriməyəcək. Böyük qürur və inam hissi ilə qeyd etmək istərdim ki, bu gün Azərbaycan ölkə Prezidenti cənab İlham Əliyevin müdrik daxili və xarici siyasi kursu əsasında öz müstəqilliyini və ərazi bütövlüyünü etibarlı şəkildə qorumaq, mümkün  təhdidləri qətiyyətlə neytrallaşdırmaq və regionda sülhün və əmin-amanlığın təmin olunması naminə qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün kifayət qədər imkanlara malik bir dövlətdir.
 

Aminə Nəzərova

Həftənin ən çox oxunanları

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir
DAVAMIN OXU davamın oxu

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu