Bu ilin yanvar-iyul aylarında Azərbaycana 30 min 722 ton ət idxal edib.
"Operativ Məlumat Mərkəzi-OMM" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə ətin dəyəri 68 milyon 543 min ABŞ dollar təşkil edib.
Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 6 min 490 ton (26,7 %), dəyər baxımından isə 21 milyon 602 min ABŞ dolları (46 %) çoxdur.
Hesabat dövründə ət idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,6 %-ni təşkil edib.