Operativ Məlumat Mərkəzi

Azərbaycan, Ermənistan və Aİ liderlərinin sabah Brüsseldə keçirəcəkləri görüşün proqramı açıqlanıb

1 dəq
Paylaş:
Azərbaycan, Ermənistan və Aİ liderlərinin sabah Brüsseldə keçirəcəkləri görüşün proqramı açıqlanıb
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında mayın 14-də Belçikanın paytaxtı Brüssel şəhərində keçiriləcək...

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında mayın 14-də Belçikanın paytaxtı Brüssel şəhərində keçiriləcək görüşün proqramı açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan liderlərinin sabah Brüsseldə danışıqlar aparacağını təsdiqləyib.

Bildirilib ki, görüş Aİ Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçiriləcək.

Danışıqlar yerli vaxtla günortadan sonra başlayacaq.

Üçtərəfli görüşdən əvvəl Ş.Mişel N.Paşinyanla, daha sonra isə Prezident İlham Əliyevlə ikitərəfli görüş keçirəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər