“Azərbaycan elminə yeni ruh gətirəcək Sərəncam”- EKSPERTDƏN AÇIQLAMA

“Azərbaycan elminə yeni ruh gətirəcək Sərəncam”- EKSPERTDƏN AÇIQLAMA
13.08.2024 18:16
Aa
dəq

Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair "Dövlət Proqramı"nın müddəti uzadılıb.

Prezident İlham Əliyev bununla bağlı “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, təhsil eksperti İlqar Orucov Sərəncamla bağlı öz fikirlərini bölüşüb.

Ekspert qeyd edib ki, məhz müəllifi möhtərəm prezidentimiz olan Azərbaycan gənclərinin xaricdə təhsil almasına dair “Dövlət Proqramı” dünyada analoqu olmayan bir dövlətin və bir dövlət başçısının öz ölkəsininin gələcəyi ilə bağlı, öz dövlətinin, öz xalqının gələcəyinə ünvanlanmış ən unikal, ən doğru, ən dayanıqlı və sağlam inkişafı təmin edə biləcək bir sənəddir.

“Öncəliklə gənclərimizin xaricdə təhsil almalarına dair “Dövlət Proqramı”nın xərclərinin Azərbaycan Respublikası Dövlər Neft Fondu tərəfindən qarşılanması məhz gələcəkdə kadr təminatını həyata keçirməyə xidmət edən “Dövlət Proqramı” olaraq xarakterizə olunmalıdır. Digər tərəfdən bu “Dövlət Proqramında” müəyyənləşdirilmiş universitetlər, müəyyənləşdirilmiş ixtisaslar birbaşa Azərbaycanın gələcəkdə lazım olacaq peşəkar kadrların təminatını həyata keçirəcək”, - deyə ekspert bildirib.

Onun sözlərinə görə biz ümumilikdə gələcəklə bağlı düşünürüksə, ilk növbədə o gələcəyi təmin edə biləcək, gələcəyi müəyyənləşdirə biləcək, qura biləcək kadr təminatını mütləq şəkildə həll etməliyik və onu gerçəkləşdirməliyik.

İlqar Orucov hesab edir ki, gələcək düşünən beyinlərin, savadlı insanların ölkənin intellektual, dayanıqlı və davamlı inkişafını təmin edəcək insanlarla bağlıdır. İnsan kapitalı bu gün dünyada əvvəlki dövrlərlə müqayisədə daha çox aktuallıq kəsb edir, öz əhəmiyyətini qabarıq şəkildə daha çox büruzə verir.

2007-ci ildən başlayaraq Azərbaycan gənclərinin xaricdə təhsil alması ilə bağlı ilk dövlət proqramını hazırlayan işçi qrupunun üzvü olaraq, cənab prezidentin Sərəncamının mahiyyətində gələcək güclü Azərbaycan qurmaq hədəfi dayandığını bildirən ekspert, bu proqramın nə qədər faydalı və əhəmiyyətli olduğunu, eyni zamanda bu proqrama dövlət rəhbərimizin nə qədər əhəmiyyət verdiyini qeyd edib.

"Bizim birinci “Dövlət Proqramı”da üstünlük daha çox bakalavr pilləsində təhsil almaq idi. İkinci “Dövlət Proqramı”nda isə bakalavr təhsili ilə bərabər magistr pilləsində təhsil almağa göndərilən gənclərin sayında artım müşahidə olunur".

Bəs Sərəncamın müddətinin və sayının artırılması nəyə imkan verəcək?

Bununla bağlı ekspert vurğulayıb ki, gənclər xaricdə təhsil almaqla bağlı arzularını gerçəkləşdirmək üçün vaxt əldə etmiş olurlar. Bizim minlərlə gəncimiz bu proqramdan yararlanacaq, digər tərəfdən proqramda ediləcək vacib dəyişikliklərdən biri doktorantura pilləsində təhsil almağa göndəriləcək gənclərlə bağlıdır.

"Doktorantura təhsili üçün göndərilmiş alternativ bir proqram var. Azərbaycan ali təhsil müəssisələrinin rəqabət qabiliyyətinin artırılması ilə bağlı “Dövlət Proqramı” da cənab prezidentin iddiasıdır, təşəbbüskarıdır. “Dövlət Proqramı”nda adı çəkilən Azərbaycan gənclərinin xaricdə təhsil alması ilə bağlı “Dövlət Proqramı”nda doktorantura pilləsində yer alması, artıq Azərbaycanın ümumilikdə elmi kadr potensialını təmin edəcək. Doktorantlar gedib nüfuslu elmi mərkəzlərdə, universitetlərdə doktorantura təhsili keçəcək, elmi adlar alacaq, elmi rütbələr alıb Azərbaycan elminə keyfiyyətli xidmət edəcəklər".

Cənab prezidentin nə qədər yerində doğru bir qərarı verdiyini bildirən İlqar Orucov təhsillə bağlı narahatlıqlarını da dilə gətirib.

"İndiki dövrdə təsəvvür edin ki, Qarabağ işğaldan azad olunub, 30 illik işğala son qoyulub, işğal altında olan dağıdılmış, barbarlığa, vandalizmə məruz qalmış bölgələrdə yeni həyat, yeni infrastruktur qurulur. Bütün məhv olunmuş o şəhərlər, kəndlər, qəsəbələr abad olunur, insanların ərazilərə qayıdışı təmin olunur. İş yerlərinin yaradılması ilə bağlı dövlət milyonları, milyardları xərcləyir və bu arada dövlət başçımız bizim gənclərimizin xaricdə təhsil almasına zaman ayırıb, diqqət ayırıb.

Bizim Azərbaycanda elmi məktəblərin sıradan çıxması ilə bağlı narahatlıqlarımız artıq sona çatacaq. Azərbaycan xalqı hər zaman elmi potensialı ilə bölgədə fərqlənib, dünyada ölkəmizə hörmət olunub. Mən əminəm ki, əvvəlki elmi ənənələr məhz bu “Dövlət Proqramı” çərçivəsində təmin olunacaq.

Bu Proqram birmənalı olaraq Azərbaycan dövlətinin gələcəyinə xidmət edəcək və bu Proqramın müsbət nəticələrini, faydalarını dövlətimiz, xalqımız uzun illər üzərində hiss edəcək. Elmi-tədqiqat sahəsinə yeni ruh gələcək və biz bu yeni nəfəsi bir neçə ildən sonra aydın hiss edəcəyik!"

Aminə Nəzərova

Həftənin ən çox oxunanları

Ən yeni tariximizin şanlı, parlaq səhifəsi

Ən yeni tariximizin şanlı, parlaq səhifəsi
DAVAMIN OXU davamın oxu

Bakıda tıxacların qarşısı necə alınmalıdır?

Bakıda tıxacların qarşısı necə alınmalıdır?
DAVAMIN OXU davamın oxu

Türk Dünyası Ortaq Əlifbası hansı hallarda istifadə ediləcək? - AÇIQLAMA

Türk Dünyası Ortaq Əlifbası hansı hallarda istifadə ediləcək? - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

"Formula 1" yarışları Azərbaycanın artan nüfuzunun göstəricisidir - AÇIQLAMA

DAVAMIN OXU davamın oxu

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi
DAVAMIN OXU davamın oxu