Azərbaycan elektromobil idxalını 2 dəfədən çox artırıb

Azərbaycan elektromobil idxalını 2 dəfədən çox artırıb
18.03.2024 15:31
Aa
dəq

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 247,613 milyon ABŞ dolları dəyərində 13 299 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib.

"Operativ Məlumat Mərkəzi-OMM" Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 24,2 % çox və 4,6 % azdır.

2 ayda sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı dəfə 17,2 % azalaraq 24 ədəd (1,030 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 7,2 % azalaraq 12 023 ədəd (217,721 milyon ABŞ dolları dəyərində) təşkil edib.

Bu avtomobillərin 2 571-i (82,729 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 541-i (22,852 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.

Bu isə birincinin 41,7 %, ikincinin isə 2,4 dəfə artması deməkdir.

Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 36,1 % artaraq 1 185 ədəd (22,527 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 23,9 % azalaraq 67 ədəd (6,335 milyon ABŞ dolları dəyərində) olub.

Həftənin ən çox oxunanları