"Azərbaycan dili və Ədəbiyyatı" Forumunun birinci günü başa çatıb

"Azərbaycan dili və Ədəbiyyatı" Forumunun birinci günü başa çatıb
01.09.2023 17:54
Aa
dəq

İlk dəfə keçirilən "Azərbaycan dili və Ədəbiyyatı" Forumunun birinci günü başa çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən forumun ilk günü Şamaxıda keçirilib.

Forumda ölkənin tanınmış ədəbiyyatşünasları, yazıçı və şairləri, həmçinin dilçi alimləri, filoloqları iştirak edib.

Açılış nitqi ilə çıxış edən mədəniyyət naziri Adil Kərimli Teatr və Kino Forumlarının ardından Azərbaycan dili və Ədəbiyyatı Forumunun keçirilməsinin vacibliyindən danışıb.

Nazir Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi istiqamətində birgə işin təşkili müəyyənləşdiyini deyib.

"İlk dəfə olaraq Azərbaycan dili mədəniyyət sahəsi əsas sahəsi kimi müəyyənləşməsi nəzərdə tutulub. Nə qədər dilimiz kənar təsirlərdən təmizlənərsə, bir o qədər digər sahələr də inkişaf edəcək".

Forumda açılış nitqləri yekunlaşdıqdan sonra panel müzakirələri keçirilib.

Birinci panel müzakirə qloballaşma prosesinin Azərbaycan dilinə təsiri və dilin saflığının qorunması məsələsinə həsr edilib.

İkinci panel isə, ədəbiyyatda klassik ənənə və yeni metodlar arasındakı qarşılıqlı əlaqə və digər bu kimi məsələlərə həsr olunub.

Panel müzakirələrinin ardından sual-cavab və müzakirə hissələri də olub və forumun ilk gününə yekun vurulub.

Xatırladaq ki, Azərbaycan dili və ədəbiyyatı Forumu 2 və 3 sentyabrda da öz işini davam etdirəcək.

Forumun ikinci günü və qapanış mərasimi Bakıda - Gülüstan Sarayında keçiriləcək.

Qeyd edək ki, bundan öncə Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Teatr və Kino Forumları da keçirilib.

Həftənin ən çox oxunanları

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi başlayıb

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi başlayıb
DAVAMIN OXU davamın oxu

Xankəndi şəhəri 4 nömrəli tam orta məktəbin təmirdən sonra GÖRÜNTÜLƏRİ

Xankəndi şəhəri 4 nömrəli tam orta məktəbin təmirdən sonra GÖRÜNTÜLƏRİ
DAVAMIN OXU davamın oxu

Növbəti üç ildə Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək

Növbəti üç ildə Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək
DAVAMIN OXU davamın oxu

Üç kollecə direktor təyin olunub - SİYAHI

Üç kollecə direktor təyin olunub - SİYAHI
DAVAMIN OXU davamın oxu

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib
DAVAMIN OXU davamın oxu