Əsas məzmuna keç

"Azərbaycan Dəmir Yolları": 11 ayda 16 toqquşma hadisəsi baş verib

"Azərbaycan Dəmir Yolları": 11 ayda 16 toqquşma hadisəsi baş verib

nəticədə 6 nəfər xəsarət alıb, 11 nəfər həyatını itirib. Dəmir yolunda qəza hadisələri əksərən piyada və avtomobil sürücülərinin diqqətsizliyinə görə baş...

Bu ilin yanvar-noyabr aylarında " Dəmir Yolları" QSC-yə (ADY) məxsus dəmir yollarında qatarın qarşısına qəfil insan çıxması nəticəsində 16 toqquşma hadisəsi baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, nəticədə 6 nəfər xəsarət alıb, 11 nəfər həyatını itirib.

Dəmir yolunda qəza hadisələri piyada və sürücülərinin diqqətsizliyinə görə baş verir. ADY bu kimi halların qarşısının alınması üçün dəmir yolu ətrafında məktəblərdə və yaşayış sahələrində maarifləndirmə işləri aparır, eyni zamanda, infrastrukturda təhlükəsizlik tədbirlərini gücləndirir.

"Müasir qatarlar daha sürətli və səssizdir. Dəmir yollarından keçərkən yalnız təyin olunmuş yerlərdən və yerüstü keçidlərdən istifadə . Dəmir yolu xətlərinə yaxınlaşarkən sağa və sola baxın, qatarın gəlmədiyinə əmin olduqdan sonra hərəkətə davam edin", - deyə qurum bəyan edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…