Əsas məzmuna keç

Azərbaycan cüdoçuları XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında iki qızıl medal qazanıblar

Azərbaycan cüdoçuları XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında iki qızıl medal qazanıblar

cüdoçuları Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) iki qızıl qazanıblar.

Milli Olimpiya Komitəsindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, oğlanların mübarizəsində Rza Xəlilli (50 kq) finalda ispaniyalı Alexandro Çiarroniyə qalib gələrək fəxri kürsününü ən yüksək pilləsinə qalxıb.

Qızların yarışında isə Gülşən Hüseynova (44 kq) həlledici mərhələdə israilli Yuval Qabayını üstələyərək qızıl medala sahib çıxıb.

Qeyd edək ki, bu gün daha bir cüdoçumuz Rəsul Əlizadə (55 kq) də final görüşünə çıxacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…