Əsas məzmuna keç

Azərbaycan boksçusu lisenziya turnirində 1/8 finala yüksəlib

Azərbaycan boksçusu lisenziya turnirində 1/8 finala yüksəlib

boksçusu Rəhimova İtaliyanın Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində 1/8 finala yüksəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 54 kq dərəcəsində mübarizə aparan idmançı ardıcıl ikinci qələbəsini qazanıb.

Z.Rəhimova 1/16 finalda Aqerie Bayevi (Efiopiya) ilk raundda tam üstünlüklə məğlub edib. Bununla boksçu Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya üçün bir addım da yaxınlaşıb. Rəhimova yarımfinala qədər irəliləməyi bacarsa, olimpiadada iştirak hüququna yiyələnəcək.

Yığma üzvü 1/8 final görüşünə martın 9-da çıxacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…