Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının sessiyasında iştirak edir

Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının sessiyasında iştirak edir
08.06.2023 13:05
Aa
dəq

Almaniya Federativ Respublikasının Bonn şəhərində 5-15 iyun tarixlərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının köməkçi orqanının 58-ci sessiyasında Azərbaycan nümayəndə heyəti iştirak edir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Tədbirdə iştirak edən ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva bildirib ki, dünya ölkələrinin rəsmi nümayəndələrinin iştirak etdiyi beynəlxalq konfrans iqlim dəyişmələri üzrə yeni effektiv əməkdaşlıq sahələrini, danışıqlar prosesini müəyyən edən mötəbər formatdır: "Builki beynəlxalq konfransın əvvəlkilərdən fərqi həm də ondan ibarətdir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının tərəflər konfransının 30 noyabr-12 dekabr 2023-cü il tarixlərində Dubayda keçirilməsi nəzərdə tutulan 28-ci sessiyası (COP 28) zamanı ilk Qlobal Dəyərləndirmə (Global Stocktake) Hesabatının hazırlığı prosesi ilə ölkələr tanış ediləcək və öz mövqelərini bildirəcəklər".

Tədbirdə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti bir sıra ikitərəfli görüşlər keçirib.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil ilə görüşdə Azərbaycanda ərtaf mühitin qorunmasında həyata keçirilən tədbirlər və qəbul olunan Dövlət Proqramları, Strateji Yol Xəritələri haqqında məlumat verilib. Ölkədə iqlim dəyişmələrinin təsirlərinin azalmasına, qlobal səylərə töhfə verilməsinə yönələn "yaşıl gündəlik” və "yaşıl siyasət”dən söhbət açılıb.

Həftənin ən çox oxunanları

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu