Operativ Məlumat Mərkəzi

Azərbaycan BMT ilə “yaşıl enerji” keçidi üzrə müzakirələr aparıb

1 dəq
Paylaş:
Azərbaycan BMT ilə “yaşıl enerji” keçidi üzrə müzakirələr aparıb
bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında yazıb. “BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı...

Azərbaycan və BMT ölkəmizin “yaşıl enerji” keçidi üzrə fəaliyyətinə dair səmərəli müzakirələr aparıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil ilə COP29-a hazırlıq işləri, qarşılıqlı əməkdaşlıq və Azərbaycanın “yaşıl enerji” keçidi üzrə fəaliyyətinə dair səmərəli müzakirələr apardıq”, - deyə nazir qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər