Operativ Məlumat Mərkəzi

Azərbaycan ağırlıqqaldıranı Avropa çempionu olub

1 dəq
Paylaş:
Azərbaycan ağırlıqqaldıranı Avropa çempionu olub

Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, milli üzvü 109 kq çəki dərəcəsində qüvvəsini sınayıb.

Dadaşbəyli birdənqaldırma hərəkətində 176 kq-ın öhdəsindən gəlib və bu hərəkətdə Avropa çempionatının qalibi olub. Atletimiz təkanlaqaldırma hərəkətində də eyni uğuru təkrarlayıb. O, 212 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə də qızıl medal qazanıb.
Toplam 388 kq (176+212) nəticə ilə yekun sıralamada da Avropada hər kəsi qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Kişilər arasında bu uğura sonuncu dəfə 2012-ci ildə Türkiyənin Antalya şəhərində keçirilən Avropa çempionatında Əfqan Bayramov imza atmışdı.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər