Azərbaycan 6-cı Çin Beynəlxalq İdxal Sərgisində təmsil olunur

Azərbaycan 6-cı Çin Beynəlxalq İdxal Sərgisində təmsil olunur
05.11.2023 08:07
Aa
dəq

Bu gün Çinin iri maliyyə-biznes mərkəzi olan Şanxay şəhərində 6-cı Çin Beynəlxalq İdxal Sərgisi işə başlayır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Çinin Ticarət Nazirliyinin, Şanxay meriyasının və Çin Beynəlxalq İdxal Sərgi Bürosunun təşkilatçılığı ilə keçirilən sərgiyə 154 ölkə və beynəlxalq təşkilatdan 3 400 iştirakçı, o cümlədən “Global Fortune 500” siyahısından 289 şirkət qatılıb.

Şanxay sərgisində 70-dən çox ölkənin milli stendi ilə yanaşı, müxtəlif sahələr üzrə şirkətlərin biznes pavilyonları da fəaliyyət göstərir.

Noyabrın 10-dək davam edəcək sərginin gedişində 400-dən çox məhsul, texnologiya və xidmət ictimaiyyətə ilk dəfə təqdim olunacaq.

Sərgidə Azərbaycandan Baş nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə dövlət qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti iştirak edir.

Qeyd edək ki, 2018-ci ildən keçirilən Çin Beynəlxalq İdxal Sərgisi dünyada ölkə səviyyəsində yeganə idxal sərgisidir.

Həftənin ən çox oxunanları

Azərbaycanın nümayəndə heyəti BMT-nin sammitində iştirak edir

Azərbaycanın nümayəndə heyəti BMT-nin sammitində iştirak edir
DAVAMIN OXU davamın oxu

Ceyhun Bayramov ABŞ-yə gedib

Ceyhun Bayramov ABŞ-yə gedib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Malini təbrik edib

Azərbaycan XİN Malini təbrik edib
DAVAMIN OXU davamın oxu

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu