Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

DİN-dən saxta xidmətlərlə bağlı xəbərdarlıq

1 dəq
Paylaş:
DİN-dən saxta xidmətlərlə bağlı xəbərdarlıq

Sosial şəbəkələrdə saxta elan və səhifələr vasitəsilə vətəndaşların aldadılaraq pul vəsaitlərinin mənimsənilməsi halları müşahidə olunur.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, saxta səhifələrdə müxtəlif məsələlərin həlli, hesabların izlənilməsi və ya keçirilməsi, silinmiş yazışmaların bərpası, "xaker" və digər rəqəmsal xidmətlər təklif olunur. alındıqdan sonra isə xidmət göstərilmir və ya şəxsi və bank məlumatlarının ələ keçirilməsinə cəhd edilir.

Vətəndaşlara belə xidmət təkliflərinin etibarlılığını əvvəlcədən yoxlamaq, tanımadıqları şəxslərə ödəniş etməmək və şəxsi məlumatlarını paylaşmamaq tövsiyə olunur.

Şübhəli hallarla qarşılaşdıqda DİN-in "102" -Zəng Mərkəzinə və ya Nazirliyin rəsmi hesablarına müraciət edin.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə