Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,91 ABŞ dolları və ya 4,17 % artaraq 122,7 ABŞ dolları təşkil edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, "Brent" markalı neftin may fyuçerslərinin qiyməti 117,44 ABŞ dolları təşkil edib.
Azərbaycan nefti bahalaşdı: Qiymət 100 dolları keçdi
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 4,83 ABŞ dolları və ya 5,55 % artaraq 118,78 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.