Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İranda Azərbaycan vətəndaşı yaralandı - XİN-dən rəsmi açıqlama

2 dəq
Paylaş:
İranda Azərbaycan vətəndaşı yaralandı - XİN-dən rəsmi açıqlama

İndiyə qədər regiondakı gərginlik zəminində yalnız bir nəfər xəsarət alıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə regionda hərbi eskalasiya şəraitində vətəndaşlarımızın vəziyyəti ilə bağlı sorğuya cavabda bildirib.

Rəsmi məlumata görə, böhran vəziyyətinə uyğun olaraq, bölgədə SəfirliklərimizBaş konsulluqlarımız fəaliyyətini gücləndirilmiş rejimdə davam etdirir.

Nazirlik rəsmisi qeyd edib: "Vətəndaşlarımızdan gələn müraciətlərə uyğun olaraq, diplomatik missiyalarımız tərəfindən müvafiq dəstək göstərilir. İndiyə qədər, yalnız bir nəfər vətəndaşımız xəsarət alıb. Vətəndaşa diplomatik missiyamız tərəfindən müvafiq dəstək göstərilir və onun vəziyyəti yaxşıdır".

Təxliyyə məsələsinə toxunan Ayxan Hacızadə bildirib ki, indiki məqamda Xarici İşlər Nazirliyinin paylaşdığı səyahət xəbərdarlığına uyğun hərəkət edilir. İran ərazisində olan vətəndaşlarının ölkədən çıxışı üçün yerləşmə bölgəsindən asılı olaraq Azərbaycan quru sərhəddindən istifadə olunur.

Statistikaya əsasən, indiyə qədər 30 nəfər vətəndaşımız Azərbaycan sərhəddindən keçid edib.

Ümumilikdə, bölgədə hava məkanının bağlı olduğunu diqqətə alaraq, indiki məqamda vətəndaşların kütləvi təxliyyəsi nəzərdə tutulmur.

Hazırda bölgədə olan vətəndaşlarımızdan vəziyyətini diqqətlə izləmələri, yerli hakimiyyət orqanlarının göstəriş və tövsiyələrinə riayət etmələri xahiş olunur. Xüsusilə kütləvi toplaşma yerlərindən uzaq durmaq və şəxsi təhlükəsizlik tədbirlərini gücləndirmək vacibdir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax