Operativ Məlumat Mərkəzi

Hikmət Hacıyevin adından yayılan saxta “deepfake” video təlqin olunmur – MEDİA açıqladı

2 dəq
Paylaş:
Hikmət Hacıyevin adından yayılan saxta “deepfake” video təlqin olunmur – MEDİA açıqladı

Respublikası Prezidentinin köməkçisi və Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin adından video “deepfake” texnologiyası ilə hazırlanmış saxta məzmundur və reallığı əks etdirmir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) açıqlama yayıb.

Bildirilib ki, saxta video sosial şəbəkələrdə fəaliyyət göstərən bir sıra hesablar vasitəsilə yayılıb.

MEDİA qeyd edir ki, belə köməyi ilə hazırlanmış dezinformasiya nümunələri ictimai rəyi çaşdırmağa yönəlib, Azərbaycan və Türkiyə arasında mövcud strateji müttəfiqliyə zərbə vurmağa, qarşılıqlı etimadı sarsıtmağa xidmət edir.

Agentlik cəmiyyəti yalnız rəsmi mənbələrdən verilən məlumatlara inanmağa, jurnalistləri və ictimai fəalları isə saxta və yalan məlumat kampaniyalarına qarşı prinsipial mövqe sərgiləməyə çağırıb.

Eyni zamanda, MEDİA platformalarının sahiblərini və müvafiq qurumları saxta və zərərli məzmunun operativ şəkildə aradan qaldırılması və bu tip halların qarşısının alınması üçün effektiv mexanizmlər tətbiq etməyə dəvət edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax