Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Dövlət satınalmaları qanunu təsdiqləndi

2 dəq
Paylaş:
Dövlət satınalmaları qanunu təsdiqləndi

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Dövlət satınalmaları haqqında" qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi I oxunuşda qəbul olunub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, yeni qanunla qeyri- təchizatçıların təminatı öhdəliklərindən edilməsi mexanizmi müəyyənləşir.

Dəyişikliyə əsasən, qeyri-rezident hüquqi və ya fiziki şəxslər satınalma təklifləri ilə birlikdə icra və (və ya) avans təminatını təqdim etmək öhdəliyindən azad edilmələri üçün satınalma komissiyasına əsaslandırılmış müraciət edə biləcəklər.

Həmçinin, satınalma komissiyası bir mənbədən satınalma metodu edilərkən, qeyri-rezident şəxslər tərəfindən bu təminatların ödənilməsinin mümkünsüzlüyünü müəyyən etdikdə (öz təşəbbüsü və ya daxil olan müraciət əsasında), satınalan təşkilat 10 iş günü müddətində müvafiq dövlət qurumuna müraciət edəcək.

Müvafiq qurum isə nəzarət orqanının təklifləri əsasında 20 iş günü müddətində xarici təchizatçının icra və (və ya) avans təminatından azad edilməsi yaxud bundan imtina olunması barədə yekun qərar verəcək. Azad edilmə barədə qərar qəbul edildiyi tarixdən sonrakı 12 ay ərzində eyni satınalan təşkilat tərəfindən həmin təchizatçıdan eyni predmet satın alınarsa, yeni qərarın alınması tələb olunmayacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax