Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Qazaxıstanla iqtisadi komissiyanın yeni tərkibi təsdiqləndi

2 dəq
Paylaş:
Qazaxıstanla iqtisadi komissiyanın yeni tərkibi təsdiqləndi

Respublikası və Respublikası arasında ticarət-iqtisadi üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan üzrə yeni tərkibində dəyişiklik edilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Belə ki, "Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası üzrə yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Prezidentinin 2007-ci il 30 mart tarixli Sərəncamının 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilib:

- "Azərbaycan Respublikasının energetika naziri" sözləri "Samir Şərifov – Azərbaycan Respublikası Baş nazirinin müavini" sözləri ilə əvəz olunub;

- "Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini" abzasından sonra "Azərbaycan Respublikası energetika nazirinin müavini" əlavə olunub;

- "Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini" abzasından sonra "Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini" əlavə edilib;

- "Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri" abzasının sonra "Azərbaycan Respublikası Aparatının əməkdaşlıq şöbəsinin müdiri" əlavə olunur;

Azərbaycan Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişikliklər barədə Qazaxıstan Respublikası tərəfinə bildiriş göndərməlidir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax