Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycan, Türkiyə və Gürcüstan arasında nəqliyyat əməkdaşlığı güclənir

2 dəq
Paylaş:
Azərbaycan, Türkiyə və Gürcüstan arasında nəqliyyat əməkdaşlığı güclənir

Gürcüstanın İrakli Kobaxidze Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin rəsmi açılış mərasimində çıxış edib. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, Baş nazir nəqliyyat marşrutlarının inkişafının həm iqtisadi artım, həm də regional sabitlik üçün vacib amil olduğunu bildirib.

İrakli Kobaxidze qeyd edib ki, Gürcüstan strateji infrastrukturun inkişafına xüsusi önəm verir və ölkənin Avropa ilə Asiya arasında etibarlı tranzit mərkəzinə çevrilməsi əsas hədəflərdəndir. Bu məqsədlə bir sıra mühüm layihələr icra olunur:

  • Anakliya dərin dəniz limanının tikintisi;
  • hava limanlarının genişləndirilməsi və modernləşdirilməsi;
  • Avtomobil yolları və dəmir yolu şəbəkəsinin yenilənməsi.

Baş nazirin sözlərinə görə, həyata keçirilən infrastruktur layihələri Gürcüstanın logistika imkanlarını genişləndirməklə yanaşı, ölkənin strateji mövqeyini də möhkəmləndirir. O, bu istiqamətdə , Türkiyə, , Orta Asiya ölkələri və digər tərəfdaşlarla əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Layihələrin birgə səylərin nəticəsi olduğunu qeyd edən İrakli Kobaxidze tərəfdaşlara təşəkkürünü bildirib. Çıxışının sonunda o, Bakı-Tbilisi-Qars dəmir yolunun tam istifadəyə verilməsi münasibətilə təbriklərini çatdıraraq, ölkələrə uğurlar arzulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Energetika və Sənaye

Hamısına bax