Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Avtobusların subsidiyalaşdırılması üçün yeni sxem tətbiq ediləcək

2 dəq
Paylaş:
Avtobusların subsidiyalaşdırılması üçün yeni sxem tətbiq ediləcək

2030-cu ilə qədər paytaxtdakı sayını 3 minə çatdırmağı hədəfləyir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu rəqəmsal inkişaf və naziri Rəşad Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Bağlantının mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional " mövzusunda tədbirdə bildirib.

Onun sözlərinə görə, layihəyə başlanılan zaman Bakıda təxminən 1 700 avtobus fəaliyyət göstərib: "Hazırda onların sayı 2 350-yə yüksəlib. Bu proses yalnız dövlət investisiyaları hesabına həyata keçirilmir, eyni zamanda özəl investisiyalar da cəlb olunur. Dövlət avtobus şirkətləri ilə özəl avtobus şirkətləri arasında bazar payının nisbətinə nəzər salsanız, bu, təxminən 50-yə 50 təşkil edir. Bu, qeyd etmək lazımdır ki, qonşu ölkələrimizdəki ən ciddi problemlərdən biridir. Onlar bizim təcrübəmizi və biliklərini mübadilə edərkən, həmişə özəl sektoru bazara buraxmamaqla əhəmiyyətli səhvə yol verdiklərini qəbul edirlər".

R.Nəbiyev qeyd edib ki, bir neçə onillik əvvəl müstəqil Azərbaycanda özəl sektora bazara giriş imkanı yaratmaq uzaqgörən və doğru qərar olub: "Bu addımı atmaqla, indi özəl və dövlət investisiyaları arasında müqayisəli üstünlüyü və xərc effektivliyini təmin etmək üçün bir mexanizmə sahibik. Bundan başqa, bu ilin sonunadək tətbiqinə başlanılacaq yeni sxemə keçid edirik ki, bu çərçivədə tənzimləyici olaraq sərnişinlərimizi kimin daşımasının mahiyyət etibarilə fərqi olmayacaq. Hər bir sərnişinin avtobusların qət etdiyi kilometrlərə uyğun olaraq subsidiyalaşdırılacağı bir sistem formalaşdırılacaq. Biz bunu "brutto müqavilə" sistemi adlandırırıq və onun qəbul olunmasına az müddət qalıb".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax