Əsas məzmuna keç

Adil Kərimli: İT mütəxəssisləri attestasiyadan keçəcək

Adil Kərimli: İT mütəxəssisləri attestasiyadan keçəcək

Mədəniyyət naziri Adil Kərimli informasiya texnologiyaları sahəsində çalışan mütəxəssislərin peşəkarlıq səviyyəsinin yoxlanılacağını açıqlayıb. Yenilik nələri dəyişəcək?

ru en

Bu ildən informasiya texnologiyaları ixtisasları üzrə kitabxanalarda 1 000-ə yaxın şəxsin attestasiyası həyata keçiriləcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə naziri Kərimli Milli Məclisin Mədəniyyət Komitəsinin "Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda keçirilən ictimai müzakirədə çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, növbəti il bütövlükdə kitabxanaçı funksiyasında olan və kitabxanada müəyyən vəzifələr daşıyan şəxslərin attestasiyası olacaq:

"Təbii ki, attestasiya nəticələrinə görə , vəzifəsinə uyğun olan şəxslərin işlərində qalacaq və yeni sistemdə onların prosesə cəlb ediləcək. Nazirlik ilk növbədə, peşəkar kadrların təyin edilməsini hədəf edir. Kimlər peşəkardır və kimlər bu sahədə fəaliyyəti davam etdirməyə uyğundursa, fəaliyyətini davam etdirəcəklər. Kimlərsə uyğunsuz hesab ediləcəksə, yəni nəticəyə əsasən, onlarla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq mexanizmlər tətbiq olunacaq".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…