Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ticarət dövriyyəsi 3,7 % artıb

2 dəq
Paylaş:
Ticarət dövriyyəsi 3,7 % artıb

Azərbaycanın pərakəndə ticarət şəbəkəsində bu ilin yanvar ayında istehlakçılara ümumilikdə 5,3 milyard manatlıq məhsul satılıb. Satışın 2,9 milyard məhsulları, və tütün məmulatlarının, 2,4 milyard manatı isə qeyri-ərzaq mallarının payına düşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə rəsmi məlumatı Dövlət Statistika Komitəsi yayıb.

Statistik göstəricilərə görə, ötən ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi ifadədə 3,7 % artıb. Bu artım ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 %, qeyri-ərzaq malları üzrə isə 6,6 % təşkil edib.

Ötən ay alıcıların xərclədiyi vəsaitin əsas hissəsi, yəni 49,1 %-i ərzaq məhsullarına yönəldilib. Digər xərclər isə belə paylanıb: 14,4 % toxuculuq məhsulları, geyim və ayaqqabılar, 5,7 % avtomobil benzini və dizel yanacağı, 4,9 % içkilər və tütün məmulatları.

Həmçinin, vəsaitin 4,5 %-i elektrik malları və mebellərin, 2,7 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,5 %-i kompüter və telekommunikasiya avadanlıqlarının, 17,2 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat ayında qeyri-dövlət sektorunda fəaliyyət göstərən subyektlərin satdığı malların dəyəri real ifadədə 3,8 % artıb. Bu sektor ümumi pərakəndə ticarət dövriyyəsinin 99,8 %-ni təşkil edib.

İl ərzində pərakəndə ticarət dövriyyəsində real artım müəssisələr üzrə 5,4 %, fərdi sahibkarlar üzrə 1,8 %, bazar və yarmarkalarda isə 5,5 % olaraq alınıb.

Hesabat dövründə əhalinin bir nəfəri orta hesabla 516 manatlıq alış-veriş edib. Bunun 279 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarına, 237 manatı isə qeyri-ərzaq mallarına xərclənib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax