Azərbaycanın turizm imkanları Çin Xalq Respublikasının Jinan, Şijiazhuanq və Taiyuan şəhərlərində keçirilən silsilə tədbirlərlə geniş auditoriyaya təqdim edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, "Azərbaycan Turizm Bürosu" dekabr ayı ərzində "China Travel Group" (CTG) ilə tərəfdaşlıq çərçivəsində yerli turizm nümayəndələri üçün xüsusi seminarlar təşkil edib.
Tədbirlərdə Çinin turizm sənayesini təmsil edən 300-dən çox peşəkar iştirak edib.
Seminarların əsas hədəfi Çin və Azərbaycan arasında turizm əməkdaşlığını gücləndirmək və ölkəmizin cəlbedici səyahət istiqamətlərini tanıtmaqdan ibarət olub.
Qeyd edək ki, Çindən Azərbaycana gələn turistlərin sayında ciddi artım müşahidə olunur. 2025-ci ilin yanvar-noyabr aylarında ölkəmizə 60 636 Çin vətəndaşı səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 43.1% artım deməkdir.